CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident seçkilərində 1900-cü il təvəllüdlü qadın səs verəcək - FOTO

© Sputnik / Murad OrujovAzərbaycanda seçkilər, arxiv şəkli
Azərbaycanda seçkilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
Ölkəmizdə növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək
BAKI, 5 fevral — Sputnik. 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində ən yaşlı seçici Ağdaş rayonunun 124 yaşlı sakini Bari Nəbiyeva olub.
Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib.
"O, 1900-cü ildə anadan olub və Ağdaş rayonunun 93 saylı seçki dairəsindən səs verəcək. Hazırda Nəbiyeva oğlu ilə Qapıtlı kəndində yaşayır" - MSK-dan bildirilib.
RİA Novosti-nin müxbiri 124 yaşlı seçicinin oğlu, həm də 100 yaşı tamam olan Fərman Nəbiyevlə söhbət edə bilib. Onun sözlərinə görə, Nəbiyevanın 8 övladı, 30 nəvəsi və 70-dən çox nəticəsi var. Yaşlı seçicinin oğlu nəticələrinin sayını dəqiq xatırlaya bilməyib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək. MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı dövlət başçısı İlham Əliyevin, öz namizədliyini irəli sürmüş namizədlər Zahid Orucun və Fuad Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin, Böyük Quruluş Partiyasından Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasıdan Elşad Musayevin və Bütöv Azərbaycan Xalq Cəbhəsindən Qüdrət Həsənquliyevin namizədliyini qeydə alıb.
Azərbaycan prezidenti 7 il müddətinə seçilir. Ölkədə sonuncu dəfə prezident seçkiləri 2018-ci ilin yazında keçirilib, növbəti seçkilər 2025-ci ilsə keçirilməsi planlaşdırılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0