DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan Ukraynanın Aİ fondundan maliyyələşməsinə veto qoymaqdan imtina edib

© AP Photo / Markus SchreiberViktor Orban, arxiv şəkli
Viktor Orban, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2024
Abunə olmaq
Siyyarto deyib ki, Macarıstan Aİ fondundan Ukraynaya pul ayrılmasına veto qoymayacaq.
BAKI, 4 fevral - Sputnik. Macarıstan Ukraynaya yardım üçün Avropa Sülh Fondunun büdcəsinin artırılmasına mane olmayacaq.
Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto VRT telekanalına müsahibəsində bildirib.
“Biz Ukraynaya silah verməyən bir neçə Aİ ölkələrindən biriyik və bu siyasəti dəyişməyi planlaşdırmırıq, silah tədarükünə yönəlmiş hər hansı birgə aksiyada iştirak etmək istəmirik.<…> Amma biz başqalarının bunu etməsinə mane ola bilmərik və mane olmayacağıq”, – Hirado onun sözlərini sitat gətirir.
Aİ 2021-ci ilin martında büdcədənkənar Avropa Sülh Fondunu yaradıb. Onun çərçivəsində 2027-ci ilə qədər təqribən 5,7 milyard avronun paylanması planlaşdırılırdı, lakin onun böyük hissəsi artıq ittifaq ölkələrinin Ukraynaya hərbi dəstək xərclərinin qismən kompensasiyasına ayrılıb.
"Eyni zamanda, Budapeşt silahların Ukrayna Silahlı Qüvvələrinə verilməsi ilə bağlı qərarda iştirak etməyəcək" - macar nazir əlavə edib.
Cümə axşamı Brüsseldə keçirilən sammitdə Aİ-nin bütün 27 lideri Kiyev hakimiyyətinə 50 milyard avro ayırmağa razılaşıb. Əvvəllər Ukrayna ilə bağlı əksər qərarların qəbuluna mane olan Macarıstan da bu addıma yox deməyib.
“Politico” öz mənbələrinə istinadən yazıb ki, baş nazir Viktor Orban İtaliyanın baş naziri Corci Meloni və Fransa prezidenti Emmanuel Makronla uzun söhbətlərdən sonra keçmiş sovet respublikasına vəsait ayırmağa razılaşıb.
Orbanın özünün dediyi kimi, Budapeşt Aİ fondlarından aldığı dondurulmamış pulların Ukraynaya göndərilməyəcəyinə dair zəmanət alıb. Onun sözlərinə görə, o, həm də ittifaqın Kiyev rejiminə ayrılan vəsaitlərin məqsədəuyğun istifadəsini yoxlamaq mexanizminin yaradılması təklifi ilə razılaşıb.
Münaqişə başlayandan Macarıstan Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Ukraynaya hərbi yardım göstərilməsinə qarşı çıxıb. 2022-ci ilin martında ölkə parlamenti ölkə ərazisindən silah gətirilməsini qadağan edən fərman verib. Beləliklə, Siyyarto izah edib ki, Budapeşt etnik macarların yaşadığı Transkarpatiyanın təhlükəsizliyini təmin etməyə çalışır və onun ərazisindən daşınan silahlar qanuni hərbi hədəfə çevriləcək. Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, o, sülh danışıqlarının mümkün qədər tez başlamasının tərəfdarıdır.
17.12.23, 23:43
Orban: Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü daha 75 dəfə rədd edə bilər
Macarıstan Ukraynanın daha 75 dəfə Avropa Birliyinə daxil olmasına mane olmaq imkanı əldə edəcək, bu səbəbdən də Budapeşt assosiasiyaya üzv ölkələrin danışıqlara başlamaq qərarına gəlməsinə mane olmayıb.
Bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində deyib.
O xatırladıb ki, yekun qərarı Aİ ölkələrinin 27 parlamenti, o cümlədən Macarıstan parlamenti verməlidir. “Belə ki, əgər biz Ukraynanın Aİ-yə üzv olmasını istəmiriksə, Macarıstan parlamenti bunun əleyhinə səs verəcək”, - deyə siyasətçi əlavə edib.
Məsələ parlamentlərə çatana qədər “bu, çox uzun prosesdir” deyən baş nazir əlavə edib ki, Macarıstanın Ukraynanın Aİ-yə daxil olmasına mane ola biləcəyi,təxminən 75 hal olacaq.
Orban, həmçinin bildirib ki, Aİ büdcəsindən Ukraynaya maliyyə yardımı məsələsi fevralda keçiriləcək növbədənkənar sammitdə yenidən müzakirə olunacaq.
Daha əvvəl Macarıstanın baş naziri Budapeştin Ukraynaya 50 milyard dollar məbləğində yardım paketini növbəti dəfə əngəllədiyinibildirib.
Xəbər lenti
0