Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa Parlamenti Rusiyada seçkilərin nəticələrinin tanınmaması təklifini rədd edib

© AFP 2023 / FREDERICK FLORINAvropa Parlamenti
Avropa Parlamenti - Sputnik Azərbaycan, 1920, 04.02.2024
Abunə olmaq
Estoniyalı deputat Riho Terrasın Rusiyada keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı təşəbbüsünü cəmi 29 deputat dəstəkləyib
BAKI, 4 fevral — Sputnik. Rusiyada keçirilən seçkilərin nəticələrinin tanınmaması tələbini Avropa Parlamenti üzvlərinin 10%-dən az hissəsi dəstəkləyib.
Belə bir təşəbbüslə estoniyalı deputat Riho Terras çıxış edib.
Terrasın müraciətini Estoniya, Bolqarıstan, İspaniya, Hollandiya, İtaliya, Litva, Latviya, Polşa, İsveç, Rumıniya, Slovakiya, Finlandiya, Danimarka, Çexiya və Macarıstandan olan deputatlar, ümumilikdə 29 nəfər imzalayıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.
29.01.24, 12:30
Putinin prezident seçkilərində namizədliyi qeydə alındı
Rusiya Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı və özünün namizədliyini irəli sürmüş Vladimir Putini bu ilin martında keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alıb. Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı komissiyanın yanvarın 29-da keçirilən iclasında qəbul edilib.
Putin qarşıdan gələn Rusiya prezident seçkilərində qeydə alınmış dördüncü namizəd olub.
Əvvəllər Mərkəzi Seçki Komissiyası RLDP partiyasının rəhbəri Leonid Slutskini, Dövlət Dumasının vitse-spikeri, Yeni Xalq Partiyasının üzvü Vladislav Davankovu, həmçinin Dövlət Dumasının deputatı Nikolay Xaritonovu namizəd kimi qeydə alıb.
2023-cü il dekabrın 16-da seçicilərin təşəbbüs qrupu prezident seçkilərində öz namizədliyini irəli sürmüş Putinin namizədliyini dəstəkləyib. Yanvarın 22-də Putinin seçki qərargahı 89 regionda toplanmış imzaları namizədliyinin dəstəklənməsi üçün Mərkəzi Seçki Komissiyasına göndərib.
Putinin seçki qərargahının həmsədri, 52 saylı Moskva xəstəxanasının baş həkimi Maryana Lısenkonun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasına 315 min imza təqdim edilib.
Öz namizədliyini irəli sürülmüş şəxsdən 300 mindən 315 minədək imza toplaması tələb olunur. Rusiya Federasiyasında prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək.
24.01.24, 12:35
Matviyenko: Rusiya xarici ekspertlərin prezident seçkilərini müşahidə etməsində maraqlıdır
Federasiya Şurasının adından Rusiya Federasiyasında keçirilən prezident seçkilərini müşahidə etmək üçün xarici ekspertlərə çoxlu sayda dəvət göndərilib, ölkəmiz bunda maraqlıdır. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.
Hazırda dövlət başçısı postu uğrunda 11 nəfər mübarizə aparır. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası prezidentliyə üç namizədi - Leonid Slutski, Nikolay Xaritonov və Vladislav Davankovu qeydə alıb. Hər üçü parlamentdəki partiyaların təmsilçiləri olduğundan seçkilərdə namizəd kimi qeydiyyatdan keçməyə görə onların dəstəklənməsi üçün imza toplamaq tələb olunmur.
Parlamentə daxil olmayan siyasi partiyalardan namizədlər - Sergey Malinkoviç, Boris Nadejdin, Andrey Boqdanov, Sergey Baburin, İrina Sviridova yanvarın 31-dək ən azı 100 min imza təqdim etməlidirlər.
Öz namizədliyini irəli sürən - Vladimir Putin, Rada Ruskix, Anatoli Bataşev - ən azı 300 min imza toplamalıdırlar.
MSK fevralın 10-dan gec olmayaraq bütün namizədlərin qeydə alınması barədə qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0