Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Magistral qaz xətti zədələnib, Nardaranın 4000 abonenti qazsız qalıb

© Sputnik / Elvin AhmadQaz plitəsi
Qaz plitəsi - Sputnik Azərbaycan, 1920, 04.02.2024
Abunə olmaq
Hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.
BAKI, 4 fevral - Sputnik. Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral qaz kəməri zədələnib.
"Azəriqaz" İB-nin yaydığı məlumata görə, baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb.
Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib.
Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.
Xəbər lenti
0