CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 2 fevralda nələr baş verib? FOTOLAR

© Sputnik / Elnur Salayev2 fevral
2 fevral - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 2 fevral — Sputnik. Fevralın 2-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 2-də kimlər dünyaya gəlib?
Məhərrəm Aşumov (1912-1969) - Azərbaycan teatr rejissoru, ssenarist, aktyor və Azərbaycan SSR xalq artistidir. O, "Xəzər üzərində şəfəqlər", "Makar Dubrava", "Kreml kurantları", "Aydın" və s. tamaşaları səhnələşdirib.
Valeri Çkalov (1904-1938) - Sovet sınaq-pilotu, briqada komandiri və Sovet İttifaqı Qəhrəmanıdır. O, 1937-ci il iyunun 18-20-də Moskva - Şimal Qütbü - Vankuverə (Vaşinqton ştatı, ABŞ) yerə enmədən ilk uçuşunu həyata keçirən təyyarə ekipajının komandiridir.
Stalik Xankişiyev (1962) - rusiyalı kulinar, musiqiçi, televiziya aparıcısı və videoblogerdir. O, Özbək və Azərbaycan mətbəxi haqqında kitabların müəllifidir.
Valeri Karpin (1969) - rusiyalı futbol məşqçisi və Rusiyanın əməkdar idman ustasıdır. O, futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış edib. Karpin ölkə yığmasının postsovet tarixində ilk qolun müəllifidir.
© Sputnik / Александр Вильф / Mediabanka keçidValeri Karpin
Главный тренер ФК Ростов Валерий Карпин - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Valeri Karpin
Şakira (1977) kolumbiyalı müğənni, bəstəkar, rəqqasə, xoreoqraf və modeldir. Mügənninin əsl adı Şakira İsabel Mebarak Ripolldur. 2000-ci illərin əvvəllərində şöhrət qazanan ən uğurlu latın amerikalı artist kimi tanınır.
© AP Photo / Lionel CironneauŞakira
Колумбийская певица Шакира - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Şakira
Fevralın 2-də dünyada baş verən tarixi hadisələr
1852-ci ildə Londonda Flit-stritdə əvvəlcə kişilər üçün, bir neçə gün sonra isə qadınlar üçün ilk ictimai tualet açılıb. Zərif şəkildə "gözləmə otaqları" adlandırılan bu müəssisələr dəbdə olan yenilik hesab olunub və "Tayms"da reklam edilib.
1886-cı ildə ABŞ-da ilk dəfə olaraq Marmot Günü rəsmi olaraq qeyd olunub. Hesab olunur ki, həmin gün yuvasından çıxan marmota diqqət etmək gərəkdir. Onun hərəkətlərinə görə yazın nə vaxt gələcəyini müəyyən etmək olur. Məhz bu gün ABŞ və Kanadanın bir sıra şəhər və qəsəbələrində çoxsaylı turistləri cəlb edən yerli meteoroloji marmotlara həsr olunmuş festivallar keçirilir.
1935-ci ildə Şimal-Qərb Universitetinin cinayətlərin aşkarlanması üçün elmi metodlar laboratoriyasının əməkdaşı amerikalı Leonard Kiler ilk poliqrafı sınaqdan keçirib.
1970-ci ildə Almaniyanın Münhen şəhərində mikroskop altında və xüsusi alətlərdən istifadə etməklə ilk uğurlu sinir transplantasiyası əməliyyatı həyata keçirilib.
1996-cı ildə Bakıda ilk Respublika Gənclər Forumu keçirilib.
Xəbər lenti
0