Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyanın son silahları NATO analoqlarından üstündür

© Sputnik / Сергей Гунеев / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin
 Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin onu da dəqiqləşdirib ki, söhbət raket texnologiyalarından, zirehli texnikadan və döyüş meydanında istifadə olunan digər silahlardan gedir.
BAKI, 2 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Federasiyasının ən yeni silahları açıq şəkildə NATO analoqlarından üstündür.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Prezident qeyd edib ki, ölkənin müdafiə sənayesi yaxşı iş tempi və keyfiyyət nümayiş etdirir.
"Müasir NATO silahlarını və SSRİ-nin son dövrünün silahlarını müqayisə etsəniz, onlar müəyyən mənada aşağıdırlar... lakin həmişə deyil. Yox, əgər ən son rus silahlarını götürsəniz, onlar açıq-aydın hamıdan üstündürlər..." – Putin "Hər şey Qələbə üçün" forumunun iştirakçıları ilə görüşündə bildirib.
Dövlət başçısı onu da dəqiqləşdirib ki, söhbət raket texnologiyalarından, zirehli texnikadan və döyüş meydanında istifadə olunan digər silahlardan gedir.
Daha əvvəl "Sohu"nun müəllifi Vladimir Putinin hansı "həlledici qələbə"ni qazanacağını ehtimal etmişdi. Çinli hərbi ekspert Tszin Çjen qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hədəflənmiş və davamlı hücumunu dayandırmaq qabiliyyətini getdikcə itirir.
Xəbər lenti
0