Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov MDB ölkələrinin səfirlərini topladı

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
BAKI, 1 fevral - Sputnik. Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə MDB ölkələrinin Rusiyada akkreditə olunmuş səfirləri arasında görüş keçirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Görüş zamanı 2023-cü ildə MDB formatında çoxtərəfli əməkdaşlığın nəticələri müzakirə edilib, Rusiyanın bu il təşkilatda sədrliyinin prioritetləri nəzərə alınmaqla gələcək üçün əsas vəzifələr qeyd olunub.
Bundan başqa, görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular ətrafında da fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0