CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri birgə fəaliyyət planı imzalayıb

© Photo : Ministry of Emergency SituationsNazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
 - Sputnik Azərbaycan, 1920, 31.01.2024
Abunə olmaq
Heydərov qeyd edib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır.
BAKI, 31 yanvar - Sputnik. Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildiriblər ki, əvvəlcə, qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
© Photo : Ministry of Emergency SituationsNazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
 - Sputnik Azərbaycan, 1920, 31.01.2024
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Daha sonra Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov xatırladıb ki, xalqlarımız arasındakı sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətləri bu gün ölkələrimizin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində yüksələn xətlə inkişaf edir.
Nazir K.Heydərov ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlərdən danışıb, iki nazirlik arasında fövqəladə hallarla mübarizə üzrə mövcud sıx əməkdaşlıq münasibətlərinin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının xətti ilə Azərbaycan FHN-in Akademiyasına xüsusi trenajor komplekslərinin, o cümlədən bir sıra təlim-məşq avadanlıqları və laborator cihazların verilməsini, əməkdaşların müxtəlif təlim kursları və seminarlarda iştirakı üçün şəraitin yaradılmasını məmnunluqla qeyd edib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib. İmzalanacaq "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı"nın əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.
© Photo : Ministry of Emergency SituationsNazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
 - Sputnik Azərbaycan, 1920, 31.01.2024
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov iki nazirlik arasında münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşməsinin qarşılıqlı faydasından danışıb. Bu məqsədlə, hər iki nazirlik arasında müxtəlif səviyyəli səfərlərin, keçirilən görüş və müzakirələrin əhəmiyyətini vurğulayıb.
Nazir A.Kurenkov, həmçinin Rusiya ərazisində müxtəlif vaxtlarda baş vermiş fövqəladə hadisələr zamanı göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qonaq əmin olduğunu bildirib ki, imzalanacaq Fəaliyyət Planı iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.
© Photo : Ministry of Emergency SituationsNazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
 - Sputnik Azərbaycan, 1920, 31.01.2024
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş "Bakı-2023" beynəlxalq təlimi haqqında videoçarx nümayiş olunub.
Yekunda "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı"nın imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov imzalayıblar.
© Photo : Ministry of Emergency SituationsNazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
 - Sputnik Azərbaycan, 1920, 31.01.2024
Nazir Kəmaləddin Heydərov Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovla görüşüb
Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, səfər çərçivəsində rusiyalı nazir, həmçinin FHN-in Akademiyasına da baş çəkərək ali təhsil ocağının fəaliyyəti ilə yerində tanış olacaq.
***
Rusiyanın kadr hazırlığında yardımı, xüsusi texnikaları tədarük etməsi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyətinin qurulmasında mühüm rol oynayıb.
Bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Xilasetmə Nazirliyinin (Rusiya FHN) nümayəndə heyəti ilə görüşdə deyib.
Onun sözlərinə görə, bu sahədə Azərbaycan və Rusiyanın nazirlikləri arasında mövcud qanunvericilik bazası əməkdaşlıq üçün möhkəm zəmin yaradıb:
“Sevindirici haldır ki, bu gün aramızda əməkdaşlıq haqqında daha bir sənəd imzalanacaq”.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır.
Xəbər lenti
0