Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın Çindən idxalı artır - Səbəb nədir?

© iStock.com / imantsuYük konteynerləri
Yük konteynerləri - Sputnik Azərbaycan, 1920, 31.01.2024
Abunə olmaq
Keçən il Azərbaycan Çindən 3 milyard dollardan çox mal idxal edib ki, bu da illik müqayisədə 44,8 faiz atım deməkdir. İqtisadçılar deyir ki, Azərbaycan-Çin sahibkarları arasında əməkdaşlıq genişlənir.
BAKI, 31 yanvar — Sputnik. Azərbaycanın idxalında Çinin payı artır. Keçən il Rusiyadan sonra Azərbaycana ən çox mal Çindən gətirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 43,6 faiz çoxdur. Ticarət dövriyyəsində Çindən idxal əsas yer tutur. Keçən il Azərbaycan Çindən 3 milyard dollardan çox mal idxal edib ki, bu da illik müqayisədə 44,8 faiz atım deməkdir. Bununla yanaşı, Azərbaycanın Çinə ixracında da artım müşahidə edilir. Ötən il Azərbaycandan Çinə illik müqayisədə 8,2 faiz artımla 79 milyon dollar dəyərində mal ixrac edilib. Hesabat dövründə Azərbaycanın ümumi idxalının 17,49 faizi Çinin payına düşüb. Beləliklə, Çindən idxalın artması ilə yanaşı, Azərbaycandan bu ölkəyə ixracda da yüksəlmə qeydə alınıb.
"Bərpa və yenidənqurmada bir sıra idxal mallara ehtiyac yaranır"
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, keçən il Azərbaycanda ümumi idxalın həcmində artımlar müşahidə olunub:

"Təkcə Çindən deyil, digər ölkələrdən də idxalın həcmi artıb. Azərbaycanın Çindən idxalında artımın səviyyəsi daha yüksəkdir. Bu, onunla bağlıdır ki, ötən il Azərbaycan qeyri-qida məhsullarının idxalını artırıb. İdxalın strukturunda qeyri-ərzaq məhsullarının payı kifayət qədər çoxdur. Bunun əsas səbəblərindən biri ölkəmizdə qeyri-ərzaq məhsullarına tələbin yüksəlməsidir. Digər səbəb isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri ilə bağlı olaraq qeyri-qida məhsullarının idxalının artmasıdır. Çünki bərpa və yenidənqurma prosesində bir sıra idxal olunan mallara ehtiyac yaranır. Bu da ümumi idxalımıza təsir göstərir."

© Photo : Social media page of Vügar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Vüqar Bayramov
Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərində daha çox yerli mallardan istifadəyə üstünlük verilir:
"Amma bununla belə bir sıra malların idxalı vacibdir. Həmin malların bir qismi də məhz Çindən idxal olunur. Bu da Çindən idxalın payının artmasına və bütövlükdə Azərbaycanın idxal dövriyyəsinin çoxalmasına gətirib çıxardır".
"Azərbaycan-Çin sahibkarları arasında əməkdaşlıq genişlənir"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanın idxalında Çinin payı artır:

"Keçən il ölkəmizin ümumi idxalında Çin ikinci yerə yüksəlib. Adətən Çin Azərbaycanın məhsul idxal etdiyi ölkələr arasında ilk üçlükdə yer alır. Çindən idxalın artmasının səbəbi Azərbaycan sahibkarları ilə Çin sahibkarları arasında əməkdaşlığın genişlənməsidir. Çinin yeni texnologiya sahəsində dünyada rolu artır. Sahibkarlar Avropadan avadanlıqları dəfələrlə baha almaqdansa, getdikcə Çindən daha çox almağa üstünlük verirlər. Azərbaycanda yerli istehsal üçün Çindən yarımfabrikatlar, aksesuarlar, avadanlıqlar gətirilir".

© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 30.01.2024
İqtisadçı-ekspert Xalid Kərimli
"Çindən smartfon və elektrikli avtomobillərin alışı artıb"
"Digər tərəfdən, son dövrlərdə Çində smartfonların, elektrik mühərrikli avtomobillərin istehsalı genişlənib və vətəndaşlarımız getdikcə daha çox həmin smartfonlardan, elektrikli avtomobillərdən alırlar", ekspert əlavə edib.
© AFP 2023 / TOBIAS SCHWARZÇin elektromobili, arxiv
Çin elektromobili, arxiv - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Çin elektromobili, arxiv
"Bu il daha iki ticarət evimizin Çində açılışı gözlənilir"
Xatırladaq ki, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, yerli məhsulların ölkə xaricində tanıdılması məqsədilə hazırda Azərbaycanın xarici ölkələrdə 12 ticarət evi fəaliyyət göstərir. 2024-cü ildə daha iki ticarət evimizin Çinin Çendu və Nankin şəhərlərində açılışı gözlənilir. Beləliklə, Çindəki ticarət evlərinin sayı 6-ya çatdırılacaq.

"Ötən il Çinə qida, içki məhsulları və xalçaların ixracı üzrə 2,1 milyon dollar dəyərində 7 müqavilə imzalanıb", Yusif Abdullayev vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0