CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixin ən populyar mobil telefonunun adı açıqlanıb

© iStock.com / Vladimir DyavhkovTelefon, arxiv şəkli
Telefon, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
Reytinqdə ikinci yeri daha bir düyməli model - 248 milyon cihazdan bir qədər aşağı göstərici ilə "Nokia 1110" tutub.
BAKI, 30 yanvar — Sputnik. Tarixdə ən populyar mobil telefon düyməli Nokia 1100 olub.
"Visual Capitalist" portalı ən çox satılan qadcetlərin adlarını dərc edib.
Mənbənin məlumatına görə, reytinqin lideri 2003-cü ildə buraxılmış və 6 il ərzində 250 milyon ədəd satılan "Nokia 1100" modeli olub.
Reytinqdə ikinci yeri daha bir düyməli model - 248 milyon cihazdan bir qədər aşağı göstərici ilə "Nokia 1110" tutub.
Ən populyar üçlüyə, həmçinin "iPhone 6" və "6 Plus" (222 milyon ədəd) daxildir. Dəqiqləşdirilir ki, məhz o, böyük sensor ekranlı mobil telefonlar erasını açıb və bütün zamanların ən çox satılan smartfonu olaraq qalır.
İlk beşliyə "Nokia 105" (200 milyon ədəd satılıb), həmçinin "iPhone 6s" və "6s Plus" (174 milyon ədəd) daxil olublar. Daha aşağıda Finlandiya və Amerika markalarının digər modelləri yer alıblar. Eyni zamanda, "Samsung E1100" düyməli model ilk iyirmilikdə 11-ci, qapaqlı – açılıb-bağlanan model olan "Motorola Razr V3" isə 17-ci yeri tutub.
Qeyd edək ki, "Samsung" mühəndisləri hərəkət edə bilən displeyli smartfon ixtira ediblər. Telefon kvadrat korpusa və müxtəlif istiqamətlərdə genişləndirilə bilən ekrana malikdir.
Xəbər lenti
0