CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 30 yanvar - FOTO

© Sputnik / Elnur Salayev30 yanvar
30 yanvar - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 30 yanvar — Sputnik. Yanvarın 30-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Yanvarın 30-da kimlər dünyaya gəlib?
Ceyms Vatt (1736-1819) - Şotlandiyalı mühəndis və mexaniki ixtiraçıdır. Onun ən böyük nailiyyətlərindən biri buxar maşınını yaratmaq olub. Vatt ilk güc vahidini - at gücünü tətbiq edib. Güc vahidi mühəndisin adını daşıyır (vatt).
Qleb Kotelnikov (1872-1944) - Sovet ixtiraçısı və kürəyə taxılan ilk aviasiya paraşütünün yaradıcısıdır (1912).
© Sputnik / Александр ЧепруновQleb Kotelnikovun məzarı üstündə abidə, arxiv
Памятник на могиле Глеба Евгеньевича Котельникова  - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Qleb Kotelnikovun məzarı üstündə abidə, arxiv
Franklin Ruzvelt (1882-1945) – ABŞ-ın 32-ci prezidenti (1932-1945), XX əsrin birinci yarısında dünya hadisələrinin mərkəzi simalarından biridir. Böyük Depressiya və İkinci Dünya müharibəsi illərində ABŞ-a rəhbərlik edib. O, "Yeni istiqamət" adlanan sosial-iqtisadi proqramı tətbiq edib. Ruzvelt 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir.
© AP Photo / Public Domenİ.V.Stalin, F.D.Ruzvelt V.Çörçill Tehranda
Уинстон Черчилль, Франклин Рузвельт и Иосиф Сталин - Sputnik Azərbaycan, 1920, 30.01.2024
İ.V.Stalin, F.D.Ruzvelt V.Çörçill Tehranda
Leonid Qayday (1923-1993) - Sovet və Rusiya kinorejissoru, ssenaristi və SSRİ xalq artistidir. O, ""I" əməliyyatı və Şurikin digər macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "Brilyant əl", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir", "Ola bilməz" və s. filmlərin yaradıcısıdır.
© Sputnik / Василий МалышевLeonid Qayday
Leonid Qayday - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Leonid Qayday
İslam Kərimov (1938-2016) - Özbəkistan Respublikasının ilk prezidentidir (1991-2016).
© Photo : Brendan Smialowski/Pool Photo via APİslam Kərimov
İslam Kərimov - Sputnik Azərbaycan, 1920, 30.01.2024
İslam Kərimov
Kristian Beyl (1974) – İngiltərə aktyorudur. O, "Oskar" və iki "Qızıl Qlobus" mükafatı laureatıdır. Kristian "Günəş İmperiyası", "Qaranlıq cəngavəri", "Amerika psixopatı", "Maşinist" və s. filmlərdə rol alıb.
© Evan Agostini / Invision / APKristian Beyl
Kristian Beyl - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Kristian Beyl
Yanvarın 30-da dünyada baş verən tarixi hadisələr
1930-cu ildə SSRİ-də Leninqrad (indiki Sankt-Peterburq) yaxınlığındakı Pavlovsk Aeroloji Rəsədxanasında sovet meteoroloqu Pavel Molçanov tərəfindən ixtira edilmiş atmosfer tədqiqatları üçün dünyanın ilk radiozondu işə salınıb.
1935-ci ildə amerikalı seysmoloq Çarlz Rixter zəlzələlərin maqnitudasını ölçmək üçün xüsusi şkala təklif edib. Bu gün bu, zəlzələ zamanı ayrılan enerjinin miqdarını xarakterizə edən Rixter şkalası kimi tanınır.
1992-ci ildə Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM, 1995-ci ildən - ATƏT) üzvlüyünə qəbul edilib.
1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi yaradılıb. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla hər il yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0