NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Yaxın Şərqdə gərginlik artdıqca neft bahalaşır

© AFP 2023 / JUAN BARRETONeft buruğunda işləyən şəxs, arxiv şəkli
Neft buruğunda işləyən şəxs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
Neft İxrac Edən Ölkələr Təşkilatının toplantısı olacaq. OPEC ehtimal ki, aprel ayı və ondan sonrakı dönəm üçün neft hasilatının səviyyəsi ilə bağlı qərar verəcək.
BAKI, 29 yanvar — Sputnik. Yaxın Şərqdə gərginliyin artması dünya bazarlarında neft qiymətlərini bahalaşdırıb.
Qırmızı dənizdə gəmilərə hücumların artması, Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu neft qiymətlərini qaldırıb. ABŞ əsgərlərinə hücum neftlə zəngin Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqları artırıb. Yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 20-dən çox əsgər yaralanıb.
"Brent" markalı neft 29 sent bahalaşaraq 84,80 dollar, ABŞ-nin Qərbi Texas nefti 34 sent artaraq 78,35 dollar olub.
Qeyd edək ki, neft qiymətləri ardıcıl ikinci həftə də yüksəlib və təxminən son iki ayın ən yüksək səviyyəsinə çatıb.
Bu arada fevralın 1-də Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) toplantısı olacaq. OPEC ehtimal ki, aprel ayı və ondan sonrakı dönəm üçün neft hasilatının səviyyəsi ilə bağlı qərar verəcək.
Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,27 dollar artaraq 86,60 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Xəbər lenti
0