DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistan Hərbi Dəniz Qüvvələri İran gəmisini dəniz quldurlarından xilas edib

© AFP 2023 / CHRISTOPHE SIMONPiratların bayrağı, arxiv şəkli
Piratların bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
Nəticədə qayıqla birlikdə bütün 17 ekipaj üzvünün uğurla azadlığa buraxılması təmin edilib.
BAKI, 29 yanvar — Sputnik. Hindistan Hərbi Dəniz Qüvvələrinin "Sumitra" patrul gəmisi Somali sahillərində dəniz quldurları tərəfindən ələ keçirilən İran balıqçı gəmisini azad edib. Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Somalinin şərq sahillərində və Ədən körfəzində antipirat əməliyyatları aparan Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus "Sumitra" gəmisi İran bayrağı altında üzən "İman" balıqçı gəmisinin qaçırılması ilə bağlı xəbərə reaksiya verib. Balıqçı gəmisinə dəniz quldurları daxil olub və onun heyəti girov götürülüb” - məlumatda bildirilir.
Sumitra piratların gəmisinin qarşısını kəsib və quldurları ekipajı sərbəst buraxmağa məcbur edib. Nəticədə qayıqla birlikdə bütün 17 ekipaj üzvünün uğurla azadlığa buraxılmasını təmin edilib.
Xəbər lenti
0