Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Çində daha iki ticarət evi açacaq

© AFP 2023 / FRED DUFOURPekinə mənzərə, arxiv
Pekinə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
Yerli məhsulların ölkə kənarında tanıdılması məqsədilə hazırda Azərbaycanın 12 ticarət evi fəaliyyət göstərir
BAKI, 29 yanvar — Sputnik. Bu il Azərbaycan Çinin daha iki şəhərində - Çendu və Nankində ticarət evinin açılmasını planlaşdırır.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, yerli məhsulların ölkə kənarında tanıdılması məqsədilə hazırda Azərbaycanın 12 ticarət evi fəaliyyət göstərir: "Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft ixracının potensialı yüksək səviyyədə reallaşdırılır".
Hazırda Azərbaycanın Çində 5 ticarət evi fəaliyyət göstərir. Bunlar, Pekin, Çindao, Canciaciye, Çendu və Sian şəhərlərində açılıb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci illə müqayisədə 9,8 % çoxdur. Azərbaycandan ən çox qeyri-neft məhsulları ixrac olunan ilk 10 ölkə siyahısında ilk yerdə Rusiya qərarlaşıb. Belə ki, Rusiyaya 1,114 milyard ABŞ dolları, Türkiyəyə 784 milyon ABŞ dolları, Gürcüstana 332 milyon ABŞ dolları, İsveçrəyə 175 milyon ABŞ dolları, Qazaxıstana 95 milyon ABŞ dolları, Türkmənistana 85 milyon ABŞ dolları, Ukraynaya 79 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə 69 milyon ABŞ dolları, Qırğızıstana 59 milyon ABŞ dolları və Rumıniyaya 45 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Xəbər lenti
0