CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah ölkə ərazisində yağıntılı hava müşahidə olunacaq - Proqnoz

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv
Bakıda yağışlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 27.01.2024
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti yanvarın 28-nə gözlənilən hava proqnozunu açıqlayıb.
BAKI, 27 yanvar - Sputnik. Yanvarın 28-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0