Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Belə bir faciənin təkrarlanmaması üçün Holokost barədə həqiqəti qorumaq vacibdir - Volodin

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 27.01.2024
Abunə olmaq
Yanvarın 27-də Beynəlxalq Holokostu Anma Günü qeyd olunur.
BAKI, 27 yanvar - Sputnik. Holokost heç bir məhdudiyyət müddəti olmayan iyrənc cinayətdir, Holokost kimi bir faciənin bir daha təkrarlanmaması üçün bu hadisələrlə bağlı həqiqəti qorumaq vacibdir. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Hər il yanvarın 27-də Beynəlxalq Holokostu Anma Günü qeyd olunur. Bu barədə 2005-ci il noyabrın 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qətnamə qəbul edilmişdir.
Sənədin qəbulunun təşəbbüskarları İsrail, Kanada, Avstraliya, Rusiya, ABŞ, həmmüəllifləri isə daha 90-dan çox dövlət olub.

“Biz konslagerlərdə, gettolarda və cəza əməliyyatları zamanı nasistlər tərəfindən işgəncələrə məruz qalan milyonlarla insana yas tuturuq. Holokost heç bir məhdudiyyət müddəti olmayan iyrənc bir cinayətdir. Onun üçün heç bir bəraət və əfv ola bilməz. Holokost kimi faciənin bir daha təkrarlanmaması üçün hər şeyi etmək vacibdir: bu hadisələrlə bağlı həqiqətləri qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək və birlikdə nasizmin dirçəlişinə qarşı mübarizə aparmaq” - Dövlət Dumasının saytında Volodindən sitat gətirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0