DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda ABŞ-nin 13-cü hərbi-bioloji laboratoriyası yaradılır

© AFP 2023 / JOEL SAGETСотрудник лаборатории, фото из архива
Сотрудник лаборатории, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.01.2024
Abunə olmaq
Laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək. Ermənistanın müdafiə naziri Suren Papikyan ötən həftə Pentaqon nümayəndələri ilə bu barədə müqavilə imzalayıb.
BAKI, 25 yanvar - Sputnik. Ermənistanda ABŞ-nin 13-cü hərbi-bioloji laboratoriyasının yaradılmasına hazırlıq gedir.
Bunu Ermənistanın “Fakt” qəzeti yazıb.
Bildirilib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ötən həftə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu barədə müqavilə imzalayıb.
Məlumata görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.
Məqalədə qeyd olunub ki, mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, xüsusilə yaxınlıqdakı məktəblərdə işləyənlər və oxuyanların sağlamlığı üçün təhlükə yarana bilər (Report).
Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 12 hərbi-bioloji laboratoriyası var. Kreml bu laboratoriyalara qarşı hələ ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın 2023-cü ildə keçirilən iclaslarında da bu məsələ qaldırılıb. Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da ABŞ laboratoriyaları var və hər iki ölkə də Birləşmiş Ştatların hərbi-bioloji layihələrinə cəlb edilib.
Kremlin narahatlığı ondan ibarətdir ki, Ermənistanda 12, Qazaxıstanda 6 belə obyekt mövcuddur. Bundan əlavə, Pentaqon Qazaxıstanda BSL-4 laboratoriyaların inşasını da maliyyələşdirir. Moskva bəyan edir ki, həmin obyektlər bütün dünya üzrə ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər.
Xəbər lenti
0