DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ ölkələri ABŞ-ın köməyi olmadan Rusiyaya qarşı müqavimət göstərə bilməyəcək - KİV

© Ronald Wittek, Pool Photo via APAİ bayrağı
Aİ bayrağı - Sputnik Azərbaycan, 1920, 25.01.2024
Abunə olmaq
Nəşrin məlumatına görə, təkcə Almaniya, İngiltərə, İspaniya və Fransada deyil, həm də Rusiyaya daha yaxın ərazidə olan ölkələrdə - Rumıniya, Polşa və Bolqarıstanda çətin vəziyyət yaranıb.
BAKI, 25 yanvar — Sputnik. Avropa ölkələri həssas vəziyyətdədirlər və ABŞ-ın köməyi olmadan onlar Rusiyaya qarşı müqavimət göstərmək iqtidarında deyillər.
Bu barədə Rusiya mediası "Politico" qəzetinə istinadən xəbər verib.
"ABŞ olmadan Avropa İttifaqının (Aİ) Moskva ilə yüksək intensivlikli münaqişədə üzləşmək üçün nə hərbi texnikası, nə də canlı qüvvəsi var" - məqalənin müəllifi qeyd edib.
Qeyd olunur ki, Avropa qoşunlarının müqavilə üzrə fəaliyyət göstərənlərdən asılı olması onların qoşun toplamasında çətinlik yaradır. Nəşrin məlumatına görə, təkcə Almaniya, İngiltərə, İspaniya və Fransada deyil, həm də Rusiyaya daha yaxın ərazidə olan ölkələrdə - Rumıniya, Polşa və Bolqarıstanda çətin vəziyyət yaranıb.
"Bloomberg" agentliyi bu yaxınlarda məlumat verib ki, Baltikyanı ölkələrdə müharibə olacağı təqdirdə ABŞ-ın onları qoruyacağına şübhələri yaranıb.
Xəbər lenti
0