Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pul qazanmaq üçün ideal vaxt - Azərbaycan və Rusiya neft ixracını artıra bilərlər

© AP Photo / Dmitry Lovetskyneft
neft  - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
Bəzi gəmilərin Yaxın Şərqdən Asiyaya neft məhsullarının daşınması üçün tələb etdiyi tariflər, təxminən üç dəfə artaraq gündəlik, haradasa, 83.000 dollara çatıb.
BAKI, 24 yanvar — Sputnik. Yəmən husilərinin ticarət gəmilərinə hücumu ilə əlaqədar Qırmızı dəniz böhranı səbəbindən 12 yanvardan bəri Yaxın Şərqdən Asiyaya bəzi yanacaq və maye karbohidrogenlərin daşınmasının dəyəri 182% artıb.
"Bloomberg"in məlumatına görə, bəzi gəmilərin Yaxın Şərqdən Asiyaya bir sıra neft məhsullarının daşınması üçün tələb etdiyi tariflər cəmi 11 gün əvvəl 30.000 dollardan, təxminən üç dəfə artaraq gündəlik, təxminən 83.000 dollara çatıb.
Bundan əlavə, bir sıra neft tədarükü şirkətləri neft tədarükünü müvəqqəti olaraq dondurub və ya malların daşınması xərclərini artırıb ki, bu da Asiyada istehlakçılar üçün qiymətlərin artmasına səbəb olub.
Belə ki, ötən həftənin sonunda məlum olub ki, Səudiyyə Ərəbistanı və İraqdan, təxminən 9 milyon barel neft daşıyan tankerlər Afrika üzərindən uzun bir səfər edəcəkləri üçün gəliş limanlarına planlaşdırılandan, təxminən iki həftə gec çatacaqlar.
Mütəxəssislər hesab edirlər ki, bu, digər regionlardan olan tədarükçülər üçün maye karbohidrogenlərin Asiya bazarlarına ixracını artırmaq şansı ola bilər ki, bu da qısa müddətdə qiymətlərin artmasına səbəb olacaq.
© AFP 2023 / SEBASTIEN BOZONQaz emalı zavodu, arxiv
Газоперерабатывающий завод - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Qaz emalı zavodu, arxiv
Hindistan Azərbaycan üçün hədəf bazardır
Bu gün Hindistan Azərbaycan nefti üçün prioritet bazarlardan biridir və 2023-cü ildə ölkə Azərbaycandan "qara qızıl" idxal edən TOP 3-ə daxil olub. Belə ki, 2023-cü ilin sonunda Azərbaycan Hindistan bazarına 1,2 milyon dollar dəyərində 2 milyon tondan çox neft tədarük edib.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu il Hindistanda neft istehlakı artacaq - OPEK-in proqnozuna görə, gözlənilən iqtisadi artım sayəsində ölkədə neftə tələbat 2024-cü il ərzində 4,1% artaraq sutkada 5,5 milyon bareldən çox olacaq. Eyni zamanda ekspertlər Qırmızı dənizdəki mövcud vəziyyətin logistik xərcləri artırması səbəbindən Asiya istehlakçıları üçün neftin qiymətinin bahalaşacağını gözləyirlər.
Belə olan halda Azərbaycan Hindistana neft və neft məhsullarının tədarükünü artıra bilər. Bununla yanaşı, Azərbaycan bu gün Avropa İttifaqı ölkələri bazarına "qara qızıl" və neft məhsullarının əsas ixracatçılarından birinə çevrilir, çünki Yaxın Şərq regionundan tədarükün azalması ilə yanaşı, Avropada Azərbaycan neftinə olan tələbat da böyüyür.
© AP Photo / Mark SchiefelbeinRusiya və Çin bayraqları, arxiv
Китай и Россия - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Rusiya və Çin bayraqları, arxiv
Rusiya Çində rəqibsizdir
Hələ keçən il Rusiya Səudiyyə Ərəbistanı və İraqı geridə qoyaraq Çin bazarına ən böyük neft tədarükçüsü olub. Belə ki, 2023-cü ildə Çin Rusiya Federasiyasından rekord məbləğdə - 107 milyon ton neft alıb, Səudiyyə Ərəbistanı isə Çin bazarına cəmi 87 milyon ton neft ixrac edib.
Ekspertlər hesab edirlər ki, 2024-cü ildə Çin qlobal istehlak artımının drayveri olacaq - Çin bazarında "qara qızıl"a tələb təkcə bu ilin birinci rübündə 4% artacaq.
Eyni zamanda, Səudiyyə Ərəbistanı ənənəvi olaraq Çin bazarına neft tədarükü baxımından Rusiya Federasiyasının rəqibi hesab olunur. Bununla belə, Qırmızı dənizdə Rusiya ticarət gəmilərinə faktiki təsir göstərməyən hazırkı böhran, Çinə "qara qızıl" tədarükünü artırması gözlənilən Rusiya Federasiyası üçün bir fürsətə çevrilə bilər.
Bundan əlavə, Yaxın Şərq regionundan Asiya bazarına neft və neft məhsullarının tədarükünün azalması və ya bahalaşması da Rusiya neftinə endirimin azalmasına kömək edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0