Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postları yaradılacaq

© iStock.com / Grigorev_Vladimirgömrük
gömrük  - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin nümayəndəsi qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir. Ümumiyyətlə, həm ixracın həm də idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır.
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb.
Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov "Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri" adlı tədbirdə deyib.
© Sputnik / Elnur Salayevİnfoqrafika: Azərbaycan və Rusiya sərhədində keçid məntəqəsi
İnfoqrafika: Azərbaycan və Rusiya sərhədində keçid məntəqəsi - Sputnik Azərbaycan, 1920, 24.01.2024
İnfoqrafika: Azərbaycan və Rusiya sərhədində keçid məntəqəsi
O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir. Ümumiyyətlə, həm ixracın həm də idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır.
Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub.
Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər.
"Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.
Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da yük, avtobus, minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.
"Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0