SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Heç bir qərar, qətnamə Azərbaycan xalqının iradəsinə təsir edə bilməz - Komitə sədri

© Sputnik / Murad OrujovAilə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova - Sputnik Azərbaycan, 1920, 23.01.2024
Abunə olmaq
Hüseynova bildirib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin heç bir əsası yoxdur.
BAKI, 23 yanvar — Sputnik. Heç bir qərar, qətnamə, bəyanat Azərbaycan xalqının iradəsinə təsir edə bilməz.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.
H.Hüseynova bildirib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin heç bir əsası yoxdur. "Heç bir qərar, qətnamə, bəyanat Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Biz müstəqil dövlətik və müstəqil siyasət həyata keçiririk".
"Azərbaycana qarşı olan bu mövqe qəbul edilə bilməz. Həmin qurumlar nə qədər tez dərk etsələr ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz, yaxşı olar" - o əlavə edib.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.
Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.
İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb.
Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı "siyasi məhbuslar"la görüşə icazə verməməsi göstərilib.
Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.
Xəbər lenti
0