Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda su ilə sarılıq xəstəliyinin yayılması iddialarına rəsmi cavab verildi

© AFP 2023 / DANIEL LEAL-OLIVASSu
Su - Sputnik Azərbaycan, 1920, 23.01.2024
Abunə olmaq
Anar Cəbrayıllı onu da deyib ki, hətta paytaxtın Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbəsində Hepatit A virusunun yayılmasının da su ilə heç bir əlaqəsinin olmadığı üzə çıxıb.
BAKI, 23 yanvar — Sputnik. "Azərsu" ASC "Whatsapp" qruplarında Bakı şəhəri və ətraf ərazilərdə içməli suda Hepatit A (sarılıq) virusunun olması ilə bağlı iddialara cavab verib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, su ilə bağlı narahatlığa səbəb yoxdur. Onun sözlərinə görə, bunlar əssasız iddialardır.
"Bu gün suyun keyfiyyəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur, vəziyyət nəzarətdədir. Bütün mənbələrdən həm Bakıya, həm regionlara, həm Sumqayıta verilən su tam keyfiyyət standartlarına uyğundur" - Anar Cəbrayıllı bildirib.

Anar Cəbrayıllı onu da deyib ki, hətta paytaxtın Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbəsində Hepatit A virusunun yayılmasının da su ilə heç bir əlaqəsinin olmadığı üzə çıxıb:

"Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nümayəndələri profilaktik tədbirlərlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçiriblər. Müxtəlif nöqtələrdən, evlərdəki su çənindən, şəbəkə xətlərindən, mərkəzi anbardan su nümunələri götürüb yoxlayıblar. Heç bir kənarlaşma yoxdur. Bu, içməli su standartlarına tam uyğundur. Həmin ərazi digər ərazilərdə olduğu kimi, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunur. Qeyd edim ki, Bülbülə və Əmircan qəsəbələrini qidalandıran Ramana mərkəzi su anbarımız, Suraxanı və Sabunçunun böyük bir ərazisini içməli su ilə tam təmin edir".
Səhiyyə Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzin içməli suyun tərkib göstəricilərinin yoxlanılması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir. Monitorinqlərin nəticələrinə əsasən, "Azərsu" ASC tərəfindən əhaliyə verilən içməli suyun tərkib göstəriciləri qüvvədə olan dövlət standartları və normativlərinə cavab verir.

Qeyd edək ki, "Whatsapp" qruplarında yayılmış məlumata görə, valideynlərə suyu qaynatmamış uşaqlara verməmək tövsiyyə olunur.

Onu da xatırladaq ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Sputnik Azərbaycan-ın sorğusuna cavabda Bakıətrafı kəndlərdə Hepatit A virusuna yoluxma olduğunu təsdiqləyib.
Bülbülə Qəsəbə Bələdiyyə sədri Natiq Həsənov Sputnik Azərbaycan-a bildirib ki, qəsəbədə uşaqlar arasında sarılıq xəstələyi qeydə alındıqdan sonra ərazidəki yeraltı və yerüstü su çənləri boşaldılaraq dezinfeksiya olunub.
"Ərazidə yaşayan insanlara da xəbərdarlıq edilib ki, çiy su içməsinlər. Analizlər götürülərək yoxlanılması üçün göndərilib. Ehtimal olunur ki, yoluxma heç sudan yox, məktəbdə ayaqyolundan yayılıb" - bələdiyyə sədri bildirib.
Xəbər lenti
0