CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Bakıda hava qarlı olacaq - PROQNOZ

© Sputnik / Murad OrujovBakıda sulu qar, arxiv
Bakıda sulu qar, arxiv - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti yanvarın 22-nə olan hava haqqında məlumatı təqdim edib.
BAKI, 22 yanvar - Sputnik. Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, günün ikinci yarısından fasilələrlə yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu 3-6° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 4-9°, dağlarda 2° şaxtadan 3°-dək isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0