Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin yaxın vaxtlarda Şimali Koreyaya səfər edə bilər - Rəsmi

© Sputnik / Владимир СмирновRusiya prezidenti Vladimir Putin və KXDR Dövlət Şurasının sədri Kim Çen In, arxiv
Rusiya prezidenti Vladimir Putin və KXDR Dövlət Şurasının sədri Kim Çen In, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2024
Abunə olmaq
Kreml sözçüsü Rusiya Şimali Koreya ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirmək niyyətində olduğunu dilə gətirib.
BAKI, 21 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Şimali Koreyaya səfər etməyi arzulayır.
Bu barədə Azərtac Şimali Koreyanın Xarici İşlər Nazirliyinə istinadən açıqlama yayıb.
Açıqlamada Prezident Vladimir Putinin bu arzusunu Rusiyada səfərdə olarkən KXDR-in xarici işlər naziri Çoy Sonhuya dediyi bildirilib.

“Prezident Putin Sədr Kim Çen İnın onun üçün əlverişli vaxtda Pxenyana dəvətinə görə bir daha dərin minnətdarlığını bildirdi və yaxın gələcəkdə KXDR-ə səfər etməyə hazır olduğunu söylədi”, - deyə KXDR XİN-in açqılamasında qeyd olunur.

Nazirlik ölkənin Koreya xalqının yaxın dostunu böyük səmimiyyətlə qarşılamağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov yanvarın 15-də jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə Şimali Koreyaya gedə biləcəyini deyib.
Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.
D.Peskov söyləyib ki, Rusiya Şimali Koreya ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirmək niyyətindədir.
Kreml rəsmisi həmçinin Rusiya və Şimali Koreya xarici işlər nazirləri arasında görüşün məhsuldar keçəcəyinə inamını ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0