Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qarabağda daha bir mina partlayışı - daha bir qurban

© Sputnik / Ilham Mustafayev Hərbis sursatın mərhv etməsi
 Hərbis sursatın mərhv etməsi - Sputnik Azərbaycan, 1920, 21.01.2024
Abunə olmaq
Hadisə nəticəsində xəsarət alan şəxs polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyyə edilib
BAKI, 21 yanvar - Sputnik. Yanvarın 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, işğaldan azad edilən ərzazilərdə indiyə qədər 115 min hektar ərazi mina və partladılmamış hərbi sursatdan təmizlənib.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
O bildirib ki, prosesdə qardaş Türkiyənin minatəmizlənmə avadanlıqlarından da istifadə olunur. Türkiyə istehsalı olan robotlar da işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərinə cəlb olunub:
"Tərəfimizdən yeni texnologiyalar tətbiq olunmaqdadır. Bunlar həm də uzaq məsafədən idarə olunan robotlar, minatəmizləmə maşınlarıdır. Həmin avadanlılqra həm piyada, həm də tank əleyhinə olunan minaların məhv edilməsində istifadə olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0