CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəlbəcərdə yer silkələndi

© Sputnik / StringerKəlbəcər, arxiv
Kəlbəcər, arxiv - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Yerli vaxtla saat 13:21-də qeydə alınan yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də Daşkəsən seysmoloji stansiyasından 49 kilometr cənubda – Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun yaydığı məlumata görə, yerli vaxtla saat 13:21-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
19.01.24, 22:34
Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub
Azərbaycanın Mil-Muğan iqtisadi rayonunun ərazisində 5,1 maqnitudalı zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Mərkəzdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, seysmoloji hadisə bu gün Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.
07.12.23
"Bugünkü zəlzələ 51 saniyə davam edib. Zəlzələnin hiss olunması isə 47 saniyəyə qədər olub. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələyə dair brifinqdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, iyulda baş vermiş zəlzələdən sonra tam enerji boşalması olmadığı üçün bu gözlənilən zəlzələ idi.
"İyul ayının 4-də zəlzələ baş vermişdi. Ondan sonra qalan enerjinin nəticəsi olaraq bu gün yeraltı təkanlar hiss edildi" - o, əlavə edib.
RSXM sədri deyib ki, əhaliyə yaxın müddət üçün güclü zəlzələ olmayacağı bildirilirsə, bu, elmi olaraq əsaslandırılaraq deyilir.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə qeyd edib ki, bu gün zəlzədən sonra dağıntı, binalara xəsarət dəyməsi barədə fakt aşkarlanmayıb. Həmçinin brifinqdə seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmağa başlayacağı vaxt açıqlanıb.
Qurban Yetirmişli bildirib ki, gələn ildən seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması istiqamətində işlərə başlanılacaq.
***
Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 70-km-dir.
***
Hazırda zəif afterşoklar olur.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.
***
“Bu gün baş verən zəlzələdən sonra afterşoklar qeydə alınıb. Amma bu olsa da, qorxulu deyil. Daha böyük təkanların olacağı, dağıdıcı zəlzələ gözlənilmir” .
Bunu Sputnik Azərbaycan-a Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. O, bu gün saat 12:00 da zəlzələ ilə bağlı Xidmətin binasında brifinq keçiriləcəyini söyləyib.
***
AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, zəlzələnin gücü 5,6 bal olub.
"Zəlzələ Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizinin 68 km dərinliyində qeydə alınıb. Zəlzələ 5-3 bala qədər hiss olunub" - qurumun yaydığı məlumatda deyilir.
Qurum zəlzələni yerli vaxtla saat 08:16:36-da qeydə alıb.
***
Bu gün Azərbaycanda yerli vaxtla saat 8:15-də zəlzələ baş verib. Cihazlar yeraltı təkanın maqnitudasının 5 olduğunu qeydə alıb.
Bakı və Sumqayıt sakinləri zəlzələnin 1 dəqiqəyə yaxın davam etdiyini hiss ediblər.
Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycan ərazisində zəlzələnin baş verdiyini təsdiqləyib. Zəlzələnin koordinatları 41,53 N - 49,67 E-dir.
Zəlzələnin ocağının Xəzər dənizində yerləşdiyi qeyd edilir.
LastQuake2 teleqram kanalının qeydinə görə, zəlzələnin episentri Sumqayıtdan 60 km şimalda qeydə alınıb.
Kanal bildirib ki, növbəti saatlarda və ya günlərdə afterşoklar baş verə bilər. Zəruri olmadıqda, təhlükəsizliyiniz üçün zədələnmiş ərazilərdən uzaq durun. Ehtiyatlı olun və dövlət orqanlarının məlumatlarına əməl edin.
Əlavə məlumat veriləcək.
26.07.23, 12:00
Lənkəranda 4.9 maqnitudalı zəlzələ olub
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.
Xatırladaq ki, iyulun 21-də də Qəbələdə zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumata görə, yeraltı təkanların maqnitudası 3,2 olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3 bala kimi hiss olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0