Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda niyə buğda sahələri azalıb, arpa isə artıb?

© AFP 2023 / AAREF WATADbuğda
buğda - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
2023-cü ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1,8 milyon tonunu və yaxud 56,4 faizini buğda təşkil edib.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda 2024-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 1 milyon hektardan çox sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, səpin aparılmış sahənin 99,0 faizini dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 161,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (56,6 min ha), Füzuli (32,0 min ha), Şamaxı (29,3 min ha), Hacıqabul (24,6 min ha), Şəki (24,1 min ha), İsmayıllı (21,2 min ha), Ağcabədi (20,0 min ha) və Xocavənd (18,9 min ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (34,5 min ha), Şəki (34,2 min ha), Neftçala (26,7 min ha), Biləsuvar (24,3 min ha), Ağsu (19,9 min ha), Goranboy (15,7 min ha) və Qobustan (14,6 min ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9,9 faiz azalıb, arpanın səpin sahəsi 4,3 faiz artıb.
Buğdanın məhsuldarlığı 33,8 sentner olub
Qeyd edək ki, 2023-cü ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1,8 milyon tonunu və yaxud 56,4 faizini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 33,8 sentner olub.
2023-cü ilin dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 475,19 manat təşkil edib.
Əlavə edək ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Nazirlər Kabineti bu ilin 21 iyun tarixində "Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə" Sərəncam qəbul edib.
Sərəncama əsasən, yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.
"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin Fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Xəbər lenti
0