CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağ xizəyi üzrə beynəlxalq yarışlar Azərbaycanda da keçiriləcək

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidXizək idmanı, arxiv
Xizək idmanı, arxiv - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
Prosedurlar FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilib.
BAKI, 18 yanvar — Sputnik. "Şahdağ" Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən homoloqasiya (yoxlanışdan keçmə) sertifikatı təqdim edilib. Bu barədə Qış İdman Növləri Federasiyasından məlumat verilib. Bildirilib ki, "Şahdağ" Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi başa çatıb.
Prosedurlar FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilib.
Sertifikata əsasən "Şahdağ" Turizm Mərkəzinə Dağ Xizəyinin slalom, giqant slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilir.
Eyni zamanda, "Şahdağ" Turizm Mərkəzi beynəlxalq yarışların keçirilməsi üçün Beynəlxalq Xizək Federasiyasının yarış təqviminə əlavə edilməsi imkanı yaradır.
Qeyd edək ki, homoloqasiya xizək və snoubord üzrə idmançıların ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homoloqasiyadan keçirilməsi vacib amil olaraq qəbul edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
“Şahdağ” Turizm Mərkəzi, arxiv
 - Sputnik Azərbaycan, 1920, 16.12.2023
CƏMİYYƏT
Azərbaycanda dağ-xizək idmanı üzrə beynəlxalq seriya yarışı keçiriləcək
Xəbər lenti
0