DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycan müdafiə naziri Qırğızıstana başsağlığı verib

© AFP 2023 / HENNIE KEERISMi-8 helikopteri, arxiv şəkli
Mi-8 helikopteri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
Mi-8 hərbi helikopterinin Frunze-1 aviabazasında qəzaya uğraması nəticəsində ölən və yaralananlar var.
BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də, təlim-məşq uçuşları zamanı Mİ-8 hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.
Bu barədə Azərbaycan MN məlumat yayıb.
Xatırladaq ki, Qırğızıstanın paytaxtında Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb. Yerli vaxtla saat 10:55-də (Bakı vaxtı ilə 08:55) Mi-8 hərbi helikopteri Frunze-1 aviabazasında qəzaya uğrayıb.
Öz növbəsində Vesti.kg xəbər verir ki, bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Helikopter təlim uçuşu yerinə yetirirmiş. Bundan əvvəl hərbi helikopterin Bişkek yaxınlığında qəzaya uğradığı bildirilirdi.
***
Qırğızıstanın paytaxtında Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.
"Yerli vaxtla saat 10:55-də (Bakı vaxtı ilə 08:55) Mi-8 hərbi helikopteri Frunze-1 aviabazasında qəzaya uğrayıb", - "Qırğızıstanaeronaviqasiya"nın məlumatında deyilir.
Öz növbəsində Vesti.kg xəbər verir ki, bir nəfər ölüb, daha yeddi nəfər yaralanıb. Helikopter təlim uçuşu yerinə yetirirmiş.
Bundan əvvəl hərbi helikopterin Bişkek yaxınlığında qəzaya uğradığı bildirilirdi.
Müdafiə Nazirliyi hələlik məlumat verməyib. Səhiyyə Nazirliyi daha sonra ətraflı məlumat verəcəyini açıqlayıb.
Xəbər lenti
0