CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının mərmər səkiləri qarlı havada buz meydançasına çevrilir

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
Buna səbəb səkilərin və məhəllədaxili yolların qardan təmizlənməməsi, ticarət obyektlərinin çoxunun qarşısına estetik baxımdan görünüşü xoş olan, parıldayan sürüşkən materialdan olan daşların döşənməsidir.
BAKI, 17 yanvar — Sputnik. "Bakıda ticarət obyektlərinin qarşısına mərmər və digər sürüşkən daşların vurulmasına nəzarəti hər rayonun öz memarlıq idarəsi, baş memarı etməlidir".
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti buna nəzarət etmir.
Səkilərin bu günədək qardan təmizlənməməsinə gəldikdə isə, icra hakimiyyətindən bildirilib ki, səkilərin, məhəllədaxili küçələrin qardan təmizlənməsi yerli rayon Mənzil İstismar Sahələri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, ötən həftə yağan qarın paytaxtda yaratdığı problemlər hələ də qalmaqdadır. Qarın yağmasından sonra səkilərin buz bağlaması səbəbindən 70-dən çox paytaxt sakini Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib. Buna səbəb səkilərin və məhəllədaxili yolların qardan təmizlənməməsi, ticarət obyektlərinin çoxunun qarşısına estetik baxımdan görünüşü xoş olan, parıldayann sürüşkən materialdan olan daşların döşənməsidir.
© Sputnik / Murad OrujovBakıda qar
Первый снег в Баку, 14 января 2024 год - Sputnik Azərbaycan, 1920, 16.01.2024
Bakıda qar
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, bu təşkilata 137 nəfər müraciət edib ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır. Xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir.
Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. 14-15 yanvarda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili yardıma müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar.
Paytaxtda səkilərdəki sürüşkən materialdan olan daşların sökülməsinə gəlincə, fikirlər fərqlidir.
"Bakıda qış elə də sərt keçmir. Çox nadir hallarda qar yağır. Qar yağanda da problemlər olur, yağış yağanda da. Burada həqiqətən obyektiv və subyektiv səbəblər var. Ona görə də Bakıda səkilərə, piyada keçidlərinin ətrafına vurulan mərmərləri sökmək, başqa daşlarla əvəzləmək vəsaiti kül kimi havaya üfürməkdir".
Bunu deyən millət vəkili Rüfət Quliyev son günlər paytaxtda qarın yağmasından sonra piyada səkilərinin və keçidlərin ətrafının buz bağlaması, hərəkətin çətinləşməsi ilə bağlı sosial platformada şikayətləri şərh edərkən bildirib ki, gözəl görünüşlü mərmərləri sökməyə ehtiyac yoxdur.
© AFP 2023 / Murad OrujovBakıda qar
Снег в Баку, 09 января, 2023
 - Sputnik Azərbaycan, 1920, 16.01.2024
Bakıda qar
Deputat Sputnik Azərbaycan-a deyib ki, paytaxt küçələrində sadəcə olaraq qum və xüsusi maddələr səpilməklə sürüşkənliyin qarşısını almaq olar: "Bəlkə də Azərbaycanda da Rusiyadakı kimi sərt qış keçsəydi, buna önəm vermək olardı. Amma bizdə ildə on gün belə problemə görə gözəl mərmərləri söküb yerinə başqa daşları vurmağa ehtiyac yoxdur. Gələcəkdə özəl obyektlərin qarşısına xüsusi rezinlər vurmaqla insanların sürüşməsinin qarşısını almaq olar".
Deputat bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti yolların buz bağlamasının qarşısını almaq, səkiləri buzdan təmizləmək üçün əlindən gələni edir.
"İldə on günlük problemə görə işçi sayını da artırmaq olmur. 10-15 günə görə 365 gün əməkhaqqı ödənilməsi də iqtisadi baxımdan səmərəli deyil. Bununla bağlı bəzi addımlar atıla bilər. İnsanların getdiyi yerlərdə "reagentlər" vurmaq olar", - deyə deputat bildirib.
Xatırladaq ki, illər öncə Bakıda salınan parkların, piyada keçidlərinin çoxuna vurulmuş mərmərlər sökülüb. Mərmər döşənən keçidlər sürüşkən olmayan materiallarla əvəzlənib. Amma bu problem hələ də tam aradan qaldırılmayıb. Paytaxtda yeni inşa edilmiş binaların qarşısına ticarət obyektləri sahibləri tərəfindən mərmər daşlar vurulur. Bu isə qar yağan kimi piyadaların hərəkətini çətinləşdirməklə yanaşı, onların buzda yıxılaraq xəsarət alması ilə nəticələnir.
Xəbər lenti
0