CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 15 yanvar

© Sputnik / Elnur Salayev15 yanvar
15 yanvar - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 15 yanvar — Sputnik. Yanvarın 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 15-də kimlər anadan olub?
Jan Batist Molyer (1622-1673) - fransız dramaturqu və klassik komediyanın yaradıcısıdır. O, "İkiüzlü", "Don Juan", "Mizantrop" və başqa əsərlərin müəllifidir.
Aleksandr Qriboyedov (1795-1829) - rusiyalı zadəgan, diplomat, şair, dramaturq, pianoçu və bəstəkardır. O, daha çox Rusiya teatrlarında hələ də tez-tez səhnələşdirilən "Ağıldan bəla" pyesinin müəllifi kimi tanınır. Bu əsərdən bir çox ifadələr deyimlərə çevrilib.
© Sputnik / Mediabanka keçidAleksand Qriboyedov
Aleksand Qriboyedov - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Aleksand Qriboyedov
© Sputnik / Anatoliy Garanin / Mediabanka keçidNazim Hikmət
Назым Хикмет, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Nazim Hikmət
© AP PhotoMartin Lüter Kinq
Martin Lüter Kinq  - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Martin Lüter Kinq
© Sputnik / Владимир Астапкович / Mediabanka keçidYeqor Konçalovski
Yeqor Konçalovski  - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Yeqor Konçalovski
© AFP 2023 / MARK RALSTONReper Pitbull
Reper Pitbull - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Reper Pitbull
Yanvarın 15-də dünyada baş verən tarixi hadisələr
1759-cu ildə Londonun Blumsberi rayonunda Britaniya Muzeyi açılıb. Bu, Böyük Britaniyanın əsas tarixi-arxeoloji muzeyi və dünyanın ən böyük muzeylərindən biridir.
1826-cı ildə Fransanın "Le Figaro" qəzetinin ilk nömrəsi nəşr olunub. Nəşr Bomarşenin üç pyesinin qəhrəmanı olan Fiqaronun şərəfinə adlandırılıb. 1854-cü ilin aprel ayına qədər satirik qəzet dörd səhifədən ibarət kiçik formatda qeyri-müntəzəm olaraq nəşr olunub.
1943-cü ildə ABŞ Müdafiə Nazirliyinin qərargahı olan Pentaqonun binasının tikintisi başa çatıb.
2001-ci ildə "Vikipediya" veb-saytı fəaliyyətə başlayıb. Bu sayt sərbəst məzmunlu, məqalələri "Vikipediya könüllüləri" tərəfindən yazılan və dəstəklənən çoxdilli ictimai internet ensiklopediyadır.
2012-ci ildə Beynəlxalq Xizək Federasiyasının təşəbbüsü ilə Ümumdünya Qar Günü qeyd olunur. Onun digər adı Beynəlxalq Qış İdman Növləri Günüdür. Bu bayramın keçirilməsində məqsəd qış idman növlərinə marağı artırmaq və gəncləri fəal həyat tərzinə cəlb etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0