DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask ABŞ lideri postuna namizəd Ramasvamiyə güvəndiyini bildirib

© AFP 2023 / OLIVIER DOULIERYABŞ bayraqları, arxiv
ABŞ bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Respublikaçı namizəd Vivek Ramasvami özü haqqında bu müsbət şərhi şəxsi səhifəsində paylaşıb.
BAKI, 15 yanvar — Sputnik. Amerikalı sahibkar İlon Mask ABŞ prezidentliyinə hansı namizədə daha çox güvəndiyini bildirib.
Şərh iş adamının X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yer alıb.
İstifadəçilərdən biri Maska sual verib. O, sahibkarın respublikaçı namizəd Vivek Ramasvamiyə etibar edib-etmədiyini soruşub.
"Bəli", - deyə Mask qısaca cavab verib.
Siyasətçi özü haqqında bu müsbət şərhi şəxsi səhifəsində paylaşıb.
Daha əvvəl Mask 2024-cü ilin əvvəlki illərdən daha “dəlisov” olacağını bəyan etmişdi. Onun fikrincə, “dörd illik dəlilikdən” sonra yaxşı nəyəsə ümid etməyin mənası yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0