CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsu dolayları buz bağlayıb - Dövlət Agentliyi

© Sputnik / Reshad RashidovAğsu aşırımında vəziyyət, arxiv
Ağsu aşırımında vəziyyət, arxiv - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Muğanlı - İsmayıllı yolunda da yolda buzlaşma əmələ gəlib, buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür.
BAKI, 15 yanvar — Sputnik. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti açıqlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu gün saat 10:00-a olan məlumata görə, "Zəfər yolu"nda hazırda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu yolunda zəif qar yağır. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. "Ömər aşırımı"na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Qubadlı-Laçın ərazisində yollarda yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Füzuli-Hadrut yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Quba yolu ərazisində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Giləzi - Xızı ərazisində yoollarda yağıntı yoxdur, 8 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Bakı-Qobustan ərazisində hava çisginlidir, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı yolunda hava çisginlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Muğanlı–Ağsu-Yevlax yolunda hazırda qar yağmır. Yolun 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var. Muğanlı-İsmayıllı yolunda yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolu ərazisində yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Yevlax-Şəki-Qax-Zaqatala: Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur.
Gəncə-Daşkəsəndə yağıntı yoxdur, 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt-Astara ərazisində yolda şaxta yoxdur,yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı-Yardımlı ərazisində Masallı rayonunda yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Lənkəran–Lerikdə, Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazaxda hava çisginlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul-Bəhramtəpə-Horadizdə yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0