CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağ qar kommunal qurumların üzünü qaraltdı - Bakının buzlu yolları - FOTO - VİDEO

© Sputnik / Zulfiyya GuluyevaSaray və Sumqayıtda yollar buz bağlayıb
Saray və Sumqayıtda yollar buz bağlayıb - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Sakinlər bildiriblər ki, qar yağan gündən etibarən Lənkəran şəhəri iki sutkadır ki, işıqsız qalıb.
BAKI, 15 yanvar — Sputnik. Qarın yağması kommunal qurumların qışa hazır olmadığını üzə çıxartdı. Paytaxtın müxtəlif ünvanlarında qar Bakı əhalisinə çətinliklər yaşatdı. Yolların qardan təmizlənməməsi nəticəsində avtomobillərin və sakinlərin hərəkətində çətinliklər yarandı.
Dövlət qurumları qışa tam gücləri ilə hazırlaşdıqlarını vəd etsələr də, Bakıya və regionlara yağan birinci qar kommunal qurumların üzünü qaraltdı. Bakının bir sıra ünvanlarında istiliyin verilməsində də problemlər yaranıb. Həmçinin qarlı günlərdə paytaxtda istilik hava şəraitinə uyğun verilməyib. "Azəristiliktəchizat" ASC-nin "qaynar xətt"i işləmədiyindən, sakinlər elektrik qızdırıcıları ilə mənzilləri qızdırmaq məcburiyyətində qalıblar.
Göydən qar dənəciklərinin düşməsi ilə paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişinin dayandırılması bir oldu. Belə ki, paytaxtın bəzi əraziləri bir neçə saatlıq işıqsız qaldı. Lənkəran şəhərində isə sakinlər iki sutkadır işıqsız qalıb. "Azərişıq" ASC-dən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda Lənkəranda baş verən qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
Lənkəran şəhər sakinləri şəhərin yollarının qardan təmizlənmədiyindən də şikayətləniblər.
© Sputnik / Zulfiyya GuluyevaSaray və Sumqayıtda yollar, səkilər buz bağlayıb
Saray və Sumqayıtda yollar, səkilər buz bağlayıb - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Saray və Sumqayıtda yollar, səkilər buz bağlayıb
Əsas yolların qardan təmizləndiyi, yollara duz səpildiyi bildirilsə də, yol polisinin yola xörək duzu alıb səpməsi dövlət qurumlarının duz ehtiyatından lazımi qədər istifadə etmədiyini göstərdi.
Bakı sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, əsas yollar qardan təmizlənsə də, məhəllədaxili və qəsəbədaxili yollarda hərəkətdə çətinliklər var.
Buna səbəb qəsəbədaxili və məhəllə yollarının qardan təmizlənməməsidir. Sulutəpə ərazisində sakinlər qəsəbə daxilindəki yolların hələ də buzlu olduğunu bildiriblər. Masazır qəsəbəsində də yollar buzlu olduğundan məktəblilər dərsə, qəsəbə sakinləri işə getməyə çətinlik çəkiblər. Saray qəsəbəsində də məhəllədaxili yollar buz bağlayıb. Sumqayıt sakinləri də səkilərin buzdan təmizlənmədiyindən şikayətləniblər.
© Sputnik / Zulfiyya GuluyevaSaray və Sumqayıtda yollar, səkilər buz bağlayıb
Saray və Sumqayıtda yollar, səkilər buz bağlayıb - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Saray və Sumqayıtda yollar, səkilər buz bağlayıb
Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, qəsəbədaxili yolların, eləcə də məhəllə yollarının təmizlənməsi işini ərazi üzrə Mənzil İstismar Sahələri (MİS) və bələdiyyələrin kommunal işçiləri həyata keçirməlidirlər.
Xatırladaq ki, bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşı Mübariz Hüseynov bildirmişdi ki, 60-dan çox xüsusi nəqliyyat vasitələri sayılan qarkürüyən və duzsəpən nəqliyyat vasitələri mövcuddur. 6 min tondan çox xam duz ehtiyatı var.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli də qışa hazırlıq görüldüyünü bildirib. Qeyd edib ki, yol texnikası maşın və mexanizmlərin yanacaqla təmin edilməsi üçün lazımi qədər yanacaq-sürtkü materialları ehtiyatı toplanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0