Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Yol polisi qarlı hava şəraiti ilə bağlı valideynlərə müraciət edib

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)DYP
DYP  - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməmək xahiş olunur.
BAKI, 14 yanvar - Sputnik. Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.
BDYPİ-nin yaydığı müraciətdə deyilir:
“Əziz valideynlər:
- övladlarınızı yollarda nəzarətsiz qoymayın;
- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;
- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.
Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.
Xəbər lenti
0