CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya və bölgələrə yağan qar nə vaxt kəsiləcək?

© Sputnik / Murad OrujovQar
Qar  - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Gülşad Məmmədova deyib ki, 3 gün ərzində gecə və səhər saatlarında bəzi magistral yolların, xüsusən də dağlıq və dağətəyi rayonlarda buz bağlama ehtimalı var.
BAKI, 14 yanvar — Sputnik. Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağıb. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-də, 15-də və 16-da gecə və səhər saatlarında bəzi magistral yolların buz bağlama ehtimalı var, xüsusən də dağlıq və dağətəyi rayonlarda".
Hidrometeoroloq yağıntıların ayın 15-i səhər saatlarına doğru tədricən kəsiləcəyini, yanvarın 15-də gündüz Bakıda və Abşeron yarımadasında, habelə bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyini vurğulayıb.
11.01.24, 16:00
Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında, əsasən də qərb bölgəsində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0