CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava necə olacaq - Proqnoz

© Sputnik / Murad OrujovQarlı hava, arxiv
Qarlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Azərbaycanın rayonlarında arabir qar yağacağı ayrı-ayrı yerlərdə qarın intensiv olacağı ehtimalı var.
BAKI, 14 yanvar - Sputnik. Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə və səhər duman olacaq.
Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Bu gün Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qarın intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 1° şaxtadan 3°-dək isti, dağlarda 3-8° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0