Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ən çox yağıntı Cənub bölgəsində müşahidə olunur

© AFP 2023 / ADEM ALTANСнег в Турции
Снег в Турции - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Ötən gün axşam saatlarından yağan qar Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan vurub.
BAKI, 14 yanvar — Sputnik. Yanvarın 14-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda bəzi ərazilərə qar yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edək ki, ən çox qar Cənub bölgəsində müşahidə olunur. Hazırda qarın hündürlüyü Lənkəranda 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 sm-dir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyə yaxın, Naxçıvan MR-da 3 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta müşahidə olunur.
***
Lənkərana şəhərinə yağan qarın hündürlüyü 50 sm-ə çatır.
Ötən gün axşam saatlarından yağan qar Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan vurub.
Ötən gecədən bu saata kimi şəhər ərazisində elektrik enerjisinin verilişi dayanıb. Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Hazırda rayon ərazisində qarın yağması davam edir.
***
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə sulu qar, qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qar örtüyünün hündürlüyü Lənkəran 37 sm, Yardımlı 35 sm, Astara, Lerikdə 30 sm, Biləsuvar 22 sm, İmişli 20 sm, Quba 18 sm, Xaltan, Beyləqan 15 sm, Naxçıvan, Sarıbaşda (Qax) 14 sm, əksər rayonlarda 12 sm, Bakıda və Abşeron yarımadasında isə 2 sm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Naxçıvan MR-da 6 dərəcəyədək şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.
10.01.24, 11:29
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək .
"Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var", - o deyib.
Qeyd edək ki, hazırda Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına qar yağır.
Xəbər lenti
0