DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə ordusu 57 terrorçunu zərərsizləşdirilib

© AFP 2023 / STRTürkiyə hərbi helikopteri, arxiv
Türkiyə hərbi helikopteri, arxiv - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Abunə olmaq
Bir gün əvvəl PKK yaraqlılarının İraqın şimalında Türkiyə ordusunun mövqelərinə hücumu nəticəsində 9 hərbçi həlak olub.
BAKI, 13 yanvar - Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyi son 24 saat ərzində İraqın şimalında və Suriyada aparılan əməliyyatlar zamanı ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) 57 silahlısının zərərsizləşdirildiyini açıqlayıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.
PKK yaraqlılarının İraqın şimalında ölkə ordusunun mövqelərinə hücumu nəticəsində 9 hərbçinin həlak olmasından sonra Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraq və Suriyada hava əməliyyatı keçirib.
© Hurriyet.com.trTürkiyə ordusu PKK terrorçularını axtarışında, arxiv
Турецкая армия в поисках террористов РПК - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Türkiyə ordusu PKK terrorçularını axtarışında, arxiv
“Hürriyet” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ son zamanlar PKK yaraqlılarına silah, sursat və kəşfiyyat məlumatı verib və Ankaraya qarşı “gücünü tükətmə” müharibəsi aparılır.

“Ölən əsgərlərimizin qanı yerdə qalmadı və qalmayacaq! Qəhrəman Mehmetçik (Türkiyədə hərbçiləri belə adlandırırlar - red.) PKK terrorçularına etdikləri xain hücumların əvəzini ən əlçatmaz yerlərdə ödətdirməkdə davam edir. Son 24 saatda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəldi. Əməliyyatlarımız qətiyyətlə davam edir!", - deyə ölkənin hərbi nazirliyinin məlumatında bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0