DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Tesla" Qırmızı dənizdə vəziyyətlə əlaqədar Almaniyadakı zavodunda istehsalı dayandıracaq

© AFP 2023 / PIROSCHKA VAN DE WOUWTesla avtomobillərinin yığılması, arxiv şəkli
Tesla avtomobillərinin yığılması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Abunə olmaq
Müvafiq qərar komponentlərin çatışmazlığı səbəbindən qəbul edilib.
BAKI, 13 yanvar — Sputnik. ABŞ-ın "Tesla" şirkəti Berlin yaxınlığındakı zavodda avtomobil istehsalını dayandıracaq. "Reuters" bu barədə "Tesla"nın bəyanatına istinadən xəbər verib.
Müvafiq qərar komponentlərin çatışmazlığı səbəbindən qəbul edilib. Təchizat problemləri Qırmızı dənizdə gəmilərə hücumlar nəticəsində logistika kəsildikdən sonra yaranıb.
Yanvarın 29-dan fevralın 11-dək istehsal, demək olar ki, tamamilə dayandırılacaq.
Bu arada ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim olan "Ənsar Alla" (Husi) hərəkatının hədəflərinə qarşı hərbi əməliyyata başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, arxiv - Sputnik Azərbaycan, 1920, 13.01.2024
RUSİYA
Ukraynada uğursuzluqdan diqqəti yayındırmaq üçün ABŞ-a Yəməndə müharibə lazımdır - Volodin
Xəbər lenti
0