Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda doktoranturaya sənəd qəbulu başlayıb

© Photo : Ministry of Science and Education Republic of AzerbaijanMüəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları - Sputnik Azərbaycan, 1920, 16.04.2024
Abunə olmaq
Baş nazirin qərarı ilə Qarabağ Universitetində də doktorantura təhsil pilləsi yaradılıb.
BAKI, 16 aprel — Sputnik. Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.
Sənəd qəbulu portal.edu.az vasitəsilə aparılır.
Xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər.
Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.
Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.
Bu arada Baş nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə Qərar imzalayıb.
Sənədə əsasən, “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə” bölməsinə aşağıdakı məzmunda 18-1-ci hissə
əlavə edilsin:
18-1. Qarabağ Universiteti fəlsəfə doktoru üzrə -
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinə aşağıdakı məzmunda 21-ci hissə əlavə edilsin:
Qarabağ Universiteti
“Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilsin.
“Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 3 noyabr tarixli 393 nömrəli Qərarı ləğv edilsin.
12.01.24, 11:32
Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb
Magistraturaya qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.
Qeyd edək ki, “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. Hər bir fənn üzrə jurnalda verilən "QR" kodu "skan" etməklə müvafiq audiofayla birbaşa keçid edə və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirmək mümkündür.
23.09.23
2024-cü ildə magistraturaya qəbul imtahanında əvvəlki illərdə olduğu kimi, bakalavrlara qapalı və açıq tipli olmaqla məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Növbəti ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilib.
Beləliklə, 2024-cü ildə magistraturaya qəbul imtahanında xarici dil üzrə bakalavrlara:
- dinləyib-anlama bacarığını yoxlamaq üçün bir dinləmə mətni (monoloq və ya dialoq) üzrə 5 tapşırıq;
- oxuyub-anlama bacarığını yoxlamaq üçün iki oxu mətni üzrə cəmi 10 tapşırıq;
- dil biliyini yoxlamaq üçün isə 5 test tapşırığı təqdim olunacaq.
- yazı bacarıqlarını yoxlamaq üçün esse tipli yazı tapşırığı da imtahan modelinə əlavə olunur.
Oxuyub-anlama blokunda iki oxu mətninin hər biri üzrə 3 qapalı tapşırıq, dörd mülahizədən ibarət olan və onların doğru və ya yanlış olmasını müəyyən etmək tələb olunan 1 tapşırıq və 1 açıq tipli tapşırıq olmaqla, ümumilikdə 5 test tapşırığı təqdim olunur. Verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən test tapşırıqları dünya təcrübəsində geniş istifadə olunur. Magistraturaya qəbul imtahanında bu tip test tapşırıqlarında bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduğu hal 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduğu hal 0.5 (yarım) balla, iki və daha az mülahizəyə dair verdiyi cavab doğru olduğu hal 0 (sıfır) balla qiymətləndirilir.
Oxuyub-anlama mətnləri üzrə digər test tapşırıqları, dinləyib-anlama və dil biliyinin yoxlanılması üçün nəzərdə tutulmuş test tapşırıqlarının hər biri 1 (bir) balla qiymətləndirilir.
Esse tipli yazı tapşırığının (150 – 200 söz həcmində) ümumilikdə 5 balla qiymətləndirilməsi nəzərdə tutulur.
Nəticədə dil bloku üzrə bakalavrlar maksimum 25 balla qiymətləndirilirlər.
Dil blokunda olunan dəyişiklikləri nəzərə alaraq, magistraturaya qəbul imtahanının müddətininin 30 dəqiqə artırılması da nəzərdə tutulur.
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini ifadə edəcəklər. Bakalavrların yazı işlərinin qiymətləndirilməsi A, B, C və D meyarlarına əsasən yoxlanılır. Burada:
A meyarı essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticənin mövcudluğu və onlar arasında əlaqə (bütövlük və tamlıq), essenin publisistik üslubda olması, üslubun neytrallığı və müəllifin dəsti-xəttinin olmasını;
B meyarı mövzunun əhatə olunma səviyyəsi, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibi, sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılmasını;
C meyarı müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə məntiqi rabitənin gözlənilməsi, fərqli strukturlu cümlələrdən istifadə, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayını;
D meyarı isə söz ehtiyatının zənginliyi, müxtəlif leksik vahidlərdən istifadəni və yol verilmiş səhvlərin (leksik) sayını əhatə edir.
Hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı təsvirinə istinad edir.
Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, bakalavrın özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.
A meyarı “0” balla qiymətləndirilirsə, növbəti meyar üzrə qiymətləndirmə aparılmır və yekun qiymət kimi “0” bal yazılır.
“Magistr” jurnalının 2-ci sayında yeni imtahan modeli əsasında tərtib olunmuş tapşırıqlar bakalavrlara təqdim olunacaqdır.
21.09.23, 11:31
Magistraturaya qəbul imtahanına dəyişiklik edilib
Məlum olduğu kimi, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə edilməklə yoxlanılır.
DİM-dən verilən xəbərə görə, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan "Magistr" 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilib.
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini də ifadə edəcəklər.
Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:
Esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənməli;
Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
Həcmi 150-200 söz olmalı;
Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;
Publisistik üslubda olmalı;
Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;
Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;
Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;
Akademik yazı qaydalarına əməl edilməlidir.
Aşağıda nümunə esse mövzuları təqdim olunur:
Neighbours are the people who live near us. In your opinion, what are the qualities of a good neighbour? Use specific details and examples to support your answer.
Some people prefer to spend their free time outdoors, others tend to spend their leisure time indoors. Would you prefer to be outside or inside for your leisure activities? Use specific reasons and examples to explain your choice.
It is better for children to grow up in the countryside than in a big city. Do you agree or disagree? Use specific reasons and examples to develop your essay.
Some people say that the Internet provides people with a lot of valuable information. Other think access to so much information creates problems. State whether you agree or disagree with these statements and support your point of view.
Qiymətləndirmə meyarları və balların hesablanma qaydası haqqında məlumat yaxın zamanda paylaşılacaqdır.
Magistratura səviyyəsinə qəbul üzrə bakalavrların danışıq bacarıqlarının qiymətləndirilməsinin isə növbəti illərdə aparılması nəzərdə tutulur.
Xəbər lenti
0