DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makronun qohumuna hücumda iştirak edən şəxsə cəza kəsildi

© AFP 2023 / CHRISTOPHE PETIT TESSONFransa Prezidenti Emmanuel Makron, arxiv şəkli
Fransa Prezidenti Emmanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
2023-cü ilin mayında Bricit Makronun böyük qardaşı oğluna hücum edən iki kişi bir il bir il üç ay həbs cəzasına məhkum edilmişdi.
BAKI, 11 yanvar — Sputnik. Fransa məhkəməsi 2023-cü ilin mayında Fransanın birinci xanımı Bricit Makronun qardaşı oğlu Jan-Batist Tronierə hücumda iştirak edən 16 yaşlı qızı 105 saat ictimai iş cəzasına məhkum edib. Bu barədə France Bleu radiostansiyası məlumat yayıb.
Məlumata görə, adı açıqlanmayan qız Tronyeni təpiklədiyini etiraf edib. O, özünün də ondan qarşılıqlı zərbə aldığını qeyd edib.
Bundan əvvəl Amiens məhkəməsi (Hauts-de-France departamenti, Fransanın şimalı) 2023-cü ilin mayında Bricit Makronun böyük qardaşı oğluna hücum edən iki kişini bir il və bir il üç ay həbs cəzasına məhkum etmişdi. Hadisə pensiya islahatına qarşı etiraz aksiyası zamanı baş verib.
"Courrier Picard" qəzetinin yazdığına görə, aqressiv vətəndaşlar 30 yaşlı Tronierin ailəsinə məxsus şokolad mağazasının pəncərəsinin qarşısına zibil atmağa başlayıblar.
Fransa prezidentinin həyat yoldaşının qohumu onlara mane olmaq istəyəndə bir neçə nəfər ona yumruqla hücum edib. Hücumdan sonra Tronier dörd gün iş qabiliyyətini itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0