CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN 10 kiloqramdan çox narkotik aşkarladı

© AFP 2023 / RODGER BOSCHnarkotik
narkotik  - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 10 kiloqram 555 qram marixuana, 103 qramdan çox heroin və 37 qram metamfetamin olub.
BAKI, 11 yanvar — Sputnik. Polis əməkdaşlarının yanvarın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 10 kiloqram 555 qram marixuana, 103 qramdan çox heroin və 37 qram metamfetamin olub.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
Xatırladaq ki, polis əməkdaşlarının yanvarın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 43 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0