CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baba Vəziroğlu "Şərəf" ordeni ilə təltif edilib

© Photo : Social media page of Ganire PashayevaАзербайджанский поэт Баба Везироглу, фото из архива
Азербайджанский поэт Баба Везироглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) "Şərəf" ordeni ilə təltif edilsin".
BAKI, 11 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev şair Baba Vəziroğlunun "Şərəf" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) "Şərəf" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, yanvarın 10-da Baba Vəziroğlunun 70 yaşı tamam olub.
"Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilib. Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;
İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;
Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.
Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0