DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və BMT ərzaq problemi ilə bağlı təkliflər hazırlayır

© AFP 2023 / ED JONESBMT
BMT  - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərini yerinə yetirmək niyyətində deyillər.
BAKI, 10 yanvar — Sputnik. Türkiyə BMT ilə birlikdə ehtiyacı olan ölkələrə ərzaq çatdırılması üçün bir sıra təkliflər hazırlayır, Ankara Moskva ilə əlaqə saxlayır, hərbi əməliyyatların davam etdiyi bir şəraitdə Qara dəniz taxıl təşəbbüsünün ilkin formada bərpası çətin görünür, Bu barədə RİA Novosti-yə danışıqlar prosesində iştirak edən Türkiyədəki mənbə bildirib.
"BMT bizimlə məkdaşlıq şəraitində ehtiyacı olan ölkələrdə ərzaq probleminin həlli üçün bir sıra təkliflər hazırlayır. Zaman-zaman texniki səviyyədə danışıqlar və razılaşmalar aparılır. Biz Rusiya tərəfi ilə əlaqə saxlayırıq", - agentliyin həmsöhbəti bildirib.
Qara dəniz taxıl təşəbbüsünün ilkin formada bərpasının mümkün olub-olmaması sualını cavablandıran agentliyin həmsöhbəti bunun çox çətin olduğunu bildirib.
"Hərbi əməliyyatların davam etdiyi indiki şəraitdə bu, çox çətindir. Amma Ankaranın səyləri davam edir", - o, fikirlərini yekunlaşdırıb.
Əvvəllər taxıl sazişi çərçivəsində Ukrayna limanlarından taxıl ixrac edilirdi, lakin o 2023-cü il iyulun 18-də dayandırılıb. Rusiya Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı ilə bağlı xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərini yerinə yetirmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi olan ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarük etmək heç vaxt həyata keçirilməyib.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, dəniz humanitar dəhlizinin dağılmasından sonra 2023-cü il iyulun 20-də gecə yarısından etibarən Qara dənizdə Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab edilir.
Ötən ilin avqustunda Ukrayna Hərbi Dəniz Qüvvələri Çernomorsk, Odessa və Yujnı limanlarına doğru və ya bu limanlardan üzən ticarət gəmiləri üçün müvəqqəti dəhlizlərin açıldığını elan edib. Elə həmin ay Kiyev Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında bu marşrutlarda üzməyə hazır olan ticarət gəmilərinin qeydiyyatının açıldığını elan edib ki, bu da onların təhlükəsizliyini təmin edəcək. Eyni zamanda, Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk etiraf edib ki, hazırda Qara dənizdəki müvəqqəti dəhlizlərdən gəmilərin keçməsinin tam təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.
Xəbər lenti
0