Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Sovet və müasir Qərb cizgi filmlərini müqayisə edib

© Sputnik / Сергей Гунеев / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin
 Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Uşaqlara müsbət təsirin nümunəsi kimi Vladimir Putin Sovet dövrünün yerli cizgi filmlərini nümunə gətirib, onların emosional və estetik cəhətdən tərbiyə etmək qabiliyyətini qeyd edib.
BAKI, 10 yanvar — Sputnik. Qərb cizgi filmləri həddindən artıq dinamikdir. Bu filmlər atəş və təqib səhnələri ilə doludur ki, bu da gənc tamaşaçıların dünyagörüşünün formalaşmasına mənfi təsir göstərir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Anadır sakinləri ilə görüşdə Sovet və müasir xarici cizgi filmlərini müqayisə edərkən söyləyib.
"Qərb istehsalı olan müasir cizgi filmlərinə baxırsan - orada hamı atəş açır, at çapır, qaçır, cəmi yarım saatdan sonra isə baxdıqlarının təsirindən az qala başını itirirsən" - prezident bildirib.
Uşaqlara müsbət təsirin nümunəsi kimi o, Sovet dövrünün yerli cizgi filmlərini nümunə gətirib, onların emosional və estetik cəhətdən tərbiyə etmək qabiliyyətini qeyd edib.
"Sovet cizgi filmlərinə yaxşı keyfiyyətdə baxmağın mümkün olub-olmaması" ilə bağlı sualı cavablandıran Putin bu problemi "təəccüblü" adlandırıb.
"Hazırda bütün bunlar internetdə inkişaf edib, axı! Mənə elə gəlir ki, düyməni basaraq lazım olanı əldə etmək mümkündür. Mən hətta problemin nədə olduğunu belə başa düşmürəm " - prezident qeyd edib.
O əmin edib ki, Rusiya yerli animasiya sənayesini dəstəkləyəcək.
Bundan əvvəl Putin çoxuşaqlı atalar üçün sosial təminatların genişləndirilməsi təklifini nəzərdən keçirməyə hazır olduğunu bildirib. Bununla belə, o, uşaq böyütməkdə əsas yükün qadınların üzərinə düşdüyünü vurğulayıb.
Xəbər lenti
0