SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Fransa ilə münasibətlərin kəskinləşmə səbəblərini açıqladı

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
İlham Əliyev deyib ki, Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır
BAKI, 10 yanvar - Sputnik. Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
“Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan Prezident bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir oxşarlığın olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın müstəmləkə siyasətindən bəhs edərkən ötən ay Yeni Kaledoniyada saxlanılan azərbaycanlı jurnalist qadın barədə danışıb.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi”.
Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır
"Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar" - Prezident bildirib.
Dövlətimizin başçısı deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, - deyə Prezident vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 10.01.2024
SİYASƏT
İlham Əliyev yerli telekanallara müsahibəsində hansı sualları cavablandırıb? VİDEO
Xəbər lenti
0