CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda iki günəş elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır

© AFP 2023 / JEAN-FRANCOIS MONIERGünəş elektrik stansiyası
Günəş elektrik stansiyası - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Nazir qeyd edib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır.
BAKI, 10 yanvar — Sputnik. Azərbaycanda bu ilin sonunadək ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılması planlaşdırılır.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nazir qeyd edib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır.
"BƏƏ ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə investisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi yaşıl dünya naminə həmrəyliyimizin təzahürü olmaqla "yaşıl enerji" tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. İlin sonunadək ümumi gücü 760 MVt olan 2 GES, gələn il isə 240 MVt gücündə 1 KES-in tikintisinə başlamağı planlaşdırırıq", - paylaşımda bildirilir.
Qeyd edək ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.
Xəbər lenti
0