DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da prezident seçkilərində Bayden üçün gözlənilməz təhlükə

© AP Photo / Carolyn KasterCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Uotters Mişel Obamanı prezident seçkilərində Bayden üçün təhlükə adlandırıb.
BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın "Fox News" telekanalının aparıcısı Cessi Uotters ABŞ-ın sabiq birinci xanımı Mişel Obamanın qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasının "B planı" ola biləcəyini söyləyib və Co Baydenə ondan ehtiyatlanmağı məsləhət görüb.
Bu barədə Rusiya mediası aparıcının telekanalın efirində müvafiq açıqlamalarına istinadən xəbər verib.
Uottersin nöqteyi-nəzərindən, Baydenin qarşıdan gələn seçkilər üçün planı "təşviqat aparmamaq və ya diskussiya etməməkdir" və bu cür fəaliyyət isə onun prezidentlik yarışında məğlub olmasına səbəb ola bilər.
"Ancaq mən Co Baydenin yerində olsaydım, kimdən daha çox qorxacağımı bilmirəm – Trampdan, yoxsa ondan (Mişel Obamadan)" - telekanalın aparıcısı bildirib.
Bu yaxınlarda ABŞ-ın sabiq birinci xanımı Mişel Obama deyib ki, qarşıdan gələn prezident seçkiləri onun gecələr yatmasına belə mane olur.
Xəbər lenti
0