DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Türkiyə Putin və Ərdoğan arasında görüşə hazırlaşır

© Sputnik / Sergey Guneev / Mediabanka keçidCumhurbaşkanı Recep Tayyip Erdoğan ve Rusya Devlet Başkanı Vladimir Putin
Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve Rusya Devlet Başkanı Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 09.01.2024
Abunə olmaq
Türkiyə və Rusiya liderləri arasında baş tutacaq görüşün tarixi hələlik bəlli deyil.
BAKI, 9 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüş hazırlanır, lakin hələlik tarix və yer barədə dəqiq məlumat yoxdur.
Bu barədə RİA Novosti Türkiyə prezidentinin administrasiyasına istinadən məlumat yayıb.
"Hələlik konkret məlumat yoxdur. Görüş gündəmdədir, diplomatik kanallar vasitəsilə müvafiq işlər aparılır", - administrasiyadan bildirilib.
Bu yaxınlarda Putin Ərdoğanla görüşmək barədə razılığa gəldiyini və bu görüşün 2024-cü ilin əvvəlində baş verə biləcəyini söyləyib. Rusiya lideri xatırladıb ki, onun Türkiyə prezidenti ilə bir sıra məsələlərdə oxşar mövqeləri var. Dövlət başçıları görüşməyi planlaşdırırdılar, lakin Türkiyə lideri qrafikə görə görüşə bilməyib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da Putinin Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırdığını söyləyib. Lakin o qeyd edib ki, Putinin respublikaya səfərinin konkret vaxtı müzakirə olunmayıb.
Rusiya lideri türkiyəli həmkarı ilə bir neçə dəfə telefonla danışıb. Ərdoğanın prezident seçilməsindən sonra Putin Türkiyə liderinin iki ölkə arasında münasibətlərin inkişafına verdiyi yüksək töhfəni vurğulayıb. Daha sonra Rusiya və Türkiyə prezidentləri telefon danışığında İsrail və Fələstin arasındakı gərginləşən münaqişəni də müzakirə ediblər.
Xəbər lenti
0